"ABŞ İrəvana ağır zərbə vura bilər" - Mkrtçyan

ABŞ-ın İrana qarşı tətbiq edəcəyi yeni sanksiyalar Ermənistana iqtisadi zərbə vura bilər.

Bu sözləri təhlükəsizlik sahəsi üzrə ekspert Marina Mkrtçyan deyib. Ekspertin sözlərinə görə, Ermənistan İranla kifayət qədər səmərəli ticarət həyata keçirir, Ermənistanda bir çox İran şirkətləri var.

"Bu vəziyyətin ABŞ-ın İrana qarşı sanksiyaları fonunda necə görünəcəyini demək kifayət qədər çətin məsələdir. Sanksiyalar Ermənistana hiss olunacaq qədər zərbə vura bilər", - Mkrtçyan bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31