Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar var
30 Oktyabr 2018 13:13 DünyaFederal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə birgə Tatarıstanda İŞİD terror təşkilatının özəyini aşkar edib.
Birgə xüsusi əməliyyat zamanı gizli terror özəyinin fəaliyyətinin qarşısı alınıb. Onların İŞİD-in xaricdəki rəhbərlərindən tapşırıqlar aldığı bildirilir.
Qrup üzvləri Rusiya Federasiyasının ərazisində bir sıra hay-küylü terror aktı törətməyi və Suriyadakı döyüşçülərə qoşulmağı planlaşdırırmış.
Əməliyyat zamanı 6 qrup üzvü və onların təsiri altına düşmüş 11 nəfər saxlanılıb. 18 ünvanda odlu silah və döyüş sursatları aşkar edilib.
Operativ-axtarış tədbirləri və istintaq fəaliyyəti davam etdirilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31