Timoşenko: "Minsk formatı yetərli deyil..."

Ukrayna heç vaxt Krımın anneksiyasını tanımayacaq.

Bunu "Avronyus" televiziyasına müsahibəsində Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko deyib.

"Prezident seçkisindən və hakimiyyətin dəyişməsindən sonra bizim imkanlar pəncərəmiz yaranacaq ki, yeni formatda danışıqlar prosesinin təşəbbüskarı olaq. Minsk razılaşması və bütün Minsk prosesi müəyyən mərhələdə pozitiv rol oynadı. O, qanaxmanın və genişmiqyaslı müharibənin qarşısını aldı. Lakin bu gün üçün Minsk formatı yetərli deyil. Budapeşt formatında yeni danışıqlar prosesinə ehtiyac var.

Ukrayna heç vaxt Krımın anneksiyasını tanımayacaq. Bura Ukraynanın işğal edilmiş əraziləridir. Berlin divarı necə yıxılmışdısa, Krım divarı da elə yıxılacaq", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31