ABŞ-da qaçırılan uşaq 31 il sonra anasına qovuşdu

ABŞ-da qaçırılan uşaq 31 il sonra anasına qovuşub.

Bu barədə "Asoşeyted Press" yazıb.

Məlumata görə, polis Linet Mann-Luis adlı qadına onun illər əvvəl qaçırılan oğlunun Konnektikut bölgəsində tapıldığını bildirib. Uşağı 1987-ci ildə 2 yaşı olarkən atasının qaçırdığı məlum olub.

Qohumlarının polisə bildirdiyinə görə, bu müddət ərzində uşaq elə Konnektikutda, başqa ad altında yaşaya bilərdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31