Rusiya vətəndaşları borclarını qaytarmaq üçün rekord məbləğdə kredit götürüb
30 Oktyabr 2018 11:36 DünyaBu ilin I yarısında Rusiya vətəndaşları köhnə borclarını qaytarmaq üçün rekord məbləğdə - 68,3 mlrd. rubl (təxminən 1,8 mlrd. ABŞ dolları) kredit götürüb.
Bu barədə "Ekvifaks" kredit tarixlərinin araşdırılması börosundan bildirilib.
Böronun məlumatına əsasən, hesabat dövründə Rusiyada yenidən maliyyələşdirmə məqsədi ilə götürülən istehlak kreditlərinin orta məbləği illik müqayisədə 17% artaraq 520 min rubl (təxminən 13,5 min dollar) təşkil edib. Son 1 ildə bu məqsədlə bağlanılan müqavilələrin sayı isə təxminən 42% artaraq 92 mindən 131 minə çatıb.
Nəticədə yenidən maliyyələşdirilən məqsədli istehlak kreditlərinin ümumi kredit portfelində payı 0,8%-dən2,3%-ə yüksəlib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31