Cənubi Koreya dörd il sonra KXDR ilə dəmir yolu əlaqəsi yaratmağı planlaşdırır
30 Oktyabr 2018 11:32 Dünya"Cənubi Koreyanın Kanvando əyaləti Şimali Koreyanın Vonsan limanı şəhəri və Primorski diyarı vasitəsilə Transsibir dəmir yolu magistralı ilə dəmir yolu əlaqəsinin üç-dörd ildən sonra bərpa etməyi planlaşdırır".
Bunu Cənubi Koreyanın Kanqvon əyalətinin qubernator müavini Çon Man Ho Rusiyanın Vladivostok şəhərində keçirilən Şimal-Şərqi Asiya ölkələrinin regional administrasiyaları arasında beynəlxalq mübadilə və əməkdaşlıq üzrə 23-cü sammitdə deyib.
O bildirib ki, dəmir yolu əlaqələrinin bərpası məsələsi Şimali və Cənubi Koreyanın nümayəndə heyətlərinin görüşündə müzakirə olunub.
Onun sözlərinə görə, Çin və Monqolustan ilə dəmir yolu əlaqəsinin yaradılması da əyalətin planlarına daxildir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31