ABŞ-da daha bir gənc reper qətlə yetirilib

Young Greatness təxəllüsü ilə tanınan reper Teodor Cons, Luiziana ştatına qətlə yetirilib. Naməlum şəxs reperə atəş açaraq qətlə yetirib. Hadisə yerli vaxtla 01:35-də baş verib. Hadisənin səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, reper 1984-cü ildə anadan olub. Onun Moolah adlı kompozisiyası 2016-cı ildə Billboard Hot 100 çartına düşə bilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31