Venesiyanın tarixi mərkəzi əksər hissəsi su altında qalıb
30 Oktyabr 2018 11:03 DünyaVenesiyada tarixi mərkəz Afrikadan gələn sirokko küləyi səbəbindən təxmini 75 faizi su altında qalıb.
29 oktyabr tarixində yerli vaxtla təqribən 15:00-da suyun səviyyəsi dəniz səviyyəsindən 156 sm-ə çatıb.
Hazırda şəhər merinin göstərişinə əsasən, yerli sakin və turistlərə San-Marko meydanı tərəfə keçmək qadağan edilib. Belə tədbirlər bədbəxt hadisələrdən qaçmaq üçün görülüb.
Suyun səviyyəsinin 156 sm-ə çatmasından sonra yerli hakimiyyət Venesiyada ictimai nəqliyyatın əsas növü olan məşhur vaporetto paroxodlarının işini dayandırıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31