Kim Çen İn Rusiyaya səfərə hazırlaşır
29 Oktyabr 2018 18:34 DünyaŞimali Koreya lideri Kim Çen İn Rusiyaya səfər edə bilər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə məlumat verib. Məlumata əsasən, Kim Çen İnin səfəri gündəmdədir və diplomatik kanallarla planlaşdırılır.
Bununla yanaşı, Peskov bildirib ki, səfərin vaxtı barədə məlumat yoxdur: "Səfər vaxtı və günü barədə məlumat yoxdur".
Qeyd edək ki, Federasiya Şurasının spikeri Valentin Matviyenko Pxenyana səfərindən sonra bildirmişdi ki, Kim Çen İn yaxın vaxtlarda Rusiyaya səfərə hazırdır. Sonra isə Putinin köməkçisi Yuriy Uşakov Putin və Kim Çenin ilin sonuna qədər görüşü nəzərdən keçirilir.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31