Putin Suriyadakı səfirini dəyişdi
29 Oktyabr 2018 18:14 DünyaRusiya Prezidenti Vladimir Putin Suriyadakı səfiri Aleksandr Kinçakı geri çağırıb.
Bu barədə Rusiyanın hüquqi məlumatlara dair rəsmi saytı informasiya yayıb.
Kinçakın yerinə isə Aleksandr Yefimov Rusiyanın Suriyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Aleksandr Yefimov buna qədər Rusiyanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31