Rusiya Prezidenti türkiyəli həmkarını təbrik edib
29 Oktyabr 2018 17:31 DünyaRusiya Prezidenti Vladimir Putin Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü münasibətilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Teleqramda qeyd olunur ki, Rusiya ilə Türkiyə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin əsası Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərdə qoyulub.
Vladimir Putin vurğulayıb ki, Moskva və Ankara indi də bütün sahələrdə konstruktiv əməkdaşlığı uğurla inkişaf etdirir, həmçinin hər iki ölkənin və bütün Avrasiya məkanının maraqları çərçivəsində aktual regional və beynəlxalq məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31