ABŞ-da məktəbdə atışma olub

ABŞ-ın Şimali Karolina ştatında məktəbdə atışma olub.

Bu barədə yerli hüquq-mühafizə orqanları tvitterdə məlumat yayıb. Bildirilir ki, Matyus şəhərində yerləşən təhsil müəssisəsində baş verən insident zamanı bir məktəbli xəsarət alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Məktəbə hücum edən şagird saxlanılıb. Hadisənin təfərrüatı barədə məlumat yoxdur.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31