Belçikada Qəddafinin hesabdan itmiş pulları axtarılır
29 Oktyabr 2018 16:49 DünyaBelçikada polis Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafiyə məxsus olduğu ehtimal edilən hesablardan itmiş pullarla bağlı araşdırma aparır.
Məbləğ milyardlarla avro həcmində ölçülür.
Ehtimal olunur ki, həmin pullar Liviyada bir sıra qruplaşmaların maliyyələşdirilməsinə yönəlib.
M.Qəddafinin varisləri isə bu məsələdə Fransanın sabiq prezidenti Nikolya Sarkozini ittiham edir.
Qeyd edək ki, M.Qəddafinin ölümündən sonra 2011-ci ildə BMT Təhlükəsizlik Şurası onun aktivlərini dondurmuşdu.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31