Tanınmış jurnalist intihar etdi
29 Oktyabr 2018 16:00 DünyaNTV telekanalının jurnalisti Nikita Razvozjayev bu gün səhər saatlarında Moskvada ölü tapılıb.
"Çox kədərli hadisə olub. Həmkarımız Nikita Razvozjayev özünəqəsd edib. Biz Nikitanın yaxınlarına başsağılığı veririk. Bu ailənin faciəsidir", - telekanalın mətbuat xidmətindən bildirilib.
1993-cü il iyulun 22-də Saratovda doğulan Nikita Razvozjayev Saratov Dövlət Universitetinin Jurnalistika İnstitutunu bitirib.
2017-ci ilin avqustunda canlı efirdə sərxoş kişi Razvozjayevə hücum edib. Daha sonra isə o, jurnalistə kompensasiya verməyə və üzr istəməyə hazır olduğunu bildirib. Tərəflər məhkəmədə barışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31