Brüsseldə 150-yə yaxın aviareys tətilə görə təxirə salınıb
29 Oktyabr 2018 14:49 DünyaBrüssel Beynəlxalq Hava Limanında 150-ə yaxın avireys təxirə salınıb.
Buna işçilərin tətil elan etməsi səbəb olub.
Məlumata görə, şirkət rəhbərliyi və həmkarlar ittifaqının nümayəndələri tətilin dayandırılması ilə bağlı razılığa gələ bilməyiblər.
Qeyd edək ki, aksiyada iştirak edənlər iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqqının artırılmasını tələb edirlər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31