Gürcüstandakı seçkilərlə bağlı 500-dək şikayət verilib

Gürcüstan Mərkəzi Seçki Komissiyası(MSK) prezident seçkilərinin ilkin nəticələrinə noyabrın 17-dək yekun vuracaq.

Bu barədə MSK-nın mətbuat katibi Anna Mikeladze deyib.

Onun sözlərinə görə, indiyədək Dairə Seçki Komissiyalarına 500-dək şikayət daxil olub.

"Şikayətlərin əksəriyyəti prosedur nöqsanları ilə bağlıdır, əsas tələb komissiya üzvlərinin intizam məsuliyyətinə cəlb etmək barədədir. Bununla belə, ayrı-ayrı şikayətlərdə başqa tələblər də irəli sürülür ki, bununla bağlı müvafiq tədbirlər görüləcək", - MSK rəsmisi vurğulayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31