İranda toz fırtınası nəticəsində 120 nəfər xəsarət alıb
29 Oktyabr 2018 14:39 Dünyaİranın Sistan-Bəlucistan əyalətində baş verən toz fırtınası nəticəsində 120 nəfər xəsarət alıb.
Bunu əyalətin fövqəladə hallar üzrə idarəsinin müdiri Abdülrəhman Şehnevazi bildirib.
Onun sözlərinə görə, əyalətin şimalında küləyin sürəti saatda 80 km-ə çatıb. Nəticədə hər kub metrdə 4580 mikroqram zərərli toz kütləsi havaya qalxıb.
A.Şehnevazi bildirib ki, normada hər kubmetr havaya 150 mikroqram zərərli toz kütləsi düşür. Onun sözlərinə görə, hazırda bölgənin havası 31 dəfə çirklənib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31