Gözlər Türkiyədə - Dünyanın ən böyük aeroportu bu gün açılacaq

Bu gün İstanbul Yeni Hava limanının açılışı olacaq.

Olaylar.az  xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil edilən açılış mərasiminə dünyanın bir çox ölkəsindən dövlət və hökumət rəhbərləri qatılacaq.

Dünyanın ən böyük hava limanında ölkə daxili uçuşlar 31 oktyabrdan başlanılacaq. İlk xarici səfər 1 noyabrda Şimali Kipr Türk Cümhuriyyətinə, 8 noyabrda isə Azərbaycana olacaq.

İstanbul Yeni Hava limanı 250 şirkətə xidmət edəcək. 

Hava limanı tam olaraq inşa edildikdən sonra 6 müstəqil eniş-qalxış zolağı, 500 təyyarə tutumluq, 70 min avtomobillik açıq və qapalı avtoparkı və illik 200 milyon sərnişin daşıma qabiliyyətinə görə dünyanın ən böyük aeroportu olacaq.

Qeyd edək ki, hava limanının ilk hissəsinin istifadə verilməsi üçün 6 milyard avro xərclənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31