Kvirikaşvili dəbdəbəli villasından danışdı

Gürcüstanın keçmiş baş naziri Georgi Kvirikaşvili siyasətə qayıtmaq fikrində deyil.

Bu barədə sabiq baş nazir Gürcüstan mətbuatına açıqlaması zamanı danışıb.

Hazırkı işinin çox maraqlı olduğunu qeyd edən Kvirikaşvili həmçinin Rustavi-2 telekanalının ona aid imarətlə bağlı iddialarına da cavab verib. Kvirikaşvili sözügedən bölgədəki evi hələ hökumət rəhbərliyinə gəlməzdən əvvəl tikdirdiyini və baş nazir olarkən təqdim etdiyi əmlak siyahısında həmin villanın da göstərildiyini qeyd edib.

Qeyd edək ki, Kvirikaşvili 2018-ci ilin iyun ayında istefaya gedib. O, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankında beynəlxalq məsləhətçi işləyir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31