Sərkisyanın partiyası parlamenti boykot etdi

Ermənistan parlamenti bu gün yenidən növbədənkənar iclasına başlayıb.

İclas zamanı Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunmalı imiş.

Lakin iclasda cəmi 58 deputat iştirak edib. Kvorumun olmasına baxmayaraq Konstitusiyaya görə səsvermədə deputatların 3/5-i (63 nəfər) iştirak etməlidir.

Keçmiş Prezident Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının deputatları iclası boykot ediblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31