Ermənistan baş nazirinin müavini marixuana çəkməkdə günahlandırılır
29 Oktyabr 2018 12:58 DünyaErmənistan baş nazirinin müavini Tiqran Avinyan bəyan edib ki, onu narkotik qəbulunda ittiham edən saytlardan birini məhkəməyə verməyə hazırlaşır.
Bundan əvvəl "politik.am" saytı öz mənbəsinə istinadən T.Avinyanın iş vaxtı hökumət binasında dostları ilə birgə marixuana çəkdiyini bildirib.
Baş nazirin müavini "Facebook" səhifəsində yazıb ki, məlumatın təkzib olunması ilə kifayətlənməyəcək, qarşı tərəfdən kompensasiya da tələb edəcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31