Rusiyada təbii fəlakət: yaralı sayı 300-ü keçdi

Rusiyanın Krasnodar vilayətində leysan yağış və seldən əziyyət çəkənlərin sayı 300-ü keçib.

Bu barədə RİA informasiya yayıb.

"Yenilənmiş məlumatlara əsasən, leysan yağışları və sel ucbatından 303 nəfər xəsarət alıb. Onlardan 14 nəfəri xəstəxanalara yerləşdirilib, 289 nəfər isə ambulator müayinədən keçib", - agentliyin hadisə yerindəki müxbiri bildirib.

Qeyd edək ki, daşqınlar səbəbindən Kubanda 6 nəfərin öldüyü bildirilmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31