İranın məhv edilməsi planının son mərhələsi

Vaşinqtonun İrana qarşı son planı kimi göstərilən "Ərəb NATO-su" - Yaxın Şərq Strateji Alyansı (MESA) artıq gələn il fəaliyyətə başlayacaq.

Bu barədə Bəhreynin Xarici İşlər naziri Xalid əl-Xəlifə danışıb. ABŞ-ın təklif etdiyi MESA layihəsini tərifləyən Xəlifə bu ittifaqın təhlükəsizlik və rifahın artmasına yardım edəcəyini bildirib.

Qeyd edək ki, alyansın 8 ölkədən - Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Oman, Bəhreyn, Misir və İordaniyadan ibarət olacağı ehtimal edilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31