Gürcüstanda sabiq baş naziri çəkmək istəyən operator divara çırpılıb - VİDEO
29 Oktyabr 2018 11:50 DünyaGürcüstanda seçkilər zamanı sabiq baş naziri videoya çəkmək istəyən operator Laşa Mumladze divara çırpılıb.
Hadisə sabiq nazir Georgi Kvirikaşvili seçki məntəqəsinə daxil olmaq istəyən zaman baş verib.
"Rustavi2" telekanalının əməkdaşı sabiq baş naziri öndən çəkmək üçün irəli qaçıb, lakin qapıdan içəri girmək əvəzinə divara dəyib. Sabiq siyasətçi ona kömək etmək istəsə də, jurnalist dərhal özünə gəlib və işini davam etdirib.
Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçiriləcəyi məlum olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31