Pentaqon Meksika ilə sərhədə qoşun yeritməyə hazırdır
29 Oktyabr 2018 11:47 DünyaAmerika hərbçiləri ölkənin cənub sərhədinə burada bölmə yaratmaq planlarına müvafiq olaraq beton maneələr gətirməyə başlayıb.
Bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib.
Nazirin sözlərinə görə, həm bu prosesin detalları, həm də əməliyyata cəlb olunan həm hərbçilərin sayı hələ dəqiqləşdirilir.
"Sizi buraxmayacaqlar. Ölkəmiziə giriş üçün müəyyən olunmuş qayda-qanun var", - deyə ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen bazar günü "Fox News" telekanalının efirində miqrantlara müraciət edərək söyləyib.
Bundan əvvəl ABŞ sərhədinə doğru növbəti miqrant axınının hərəkət etdiyi məlumat verilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31