Braziliyada keçirilən prezident seçkilərində ultrasağçı namizəd qalib gəlib

Sosial Liberal Partiyasından ultrasağçı namizəd Jair Bolsonaru Braziliyada keçirilən prezident seçkilərində qalib gəlib.

Seçkilərin II turunda bülletenlərin 98,89%-nin hesablanmasından sonra o, 55,29% səs toplayıb.

Zəhmətkeşlər Partiyasından namizəd Fernandu Addad 44,71% səs toplayıb.

Bolsonaru I turda da liderlik edib. Prezident postuna ümumilikdə 13 namizəd iddia edib.

Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 86 faizi hesablanıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31