Polşada ticarət mərkəzinin tavanı uçub - VİDEO

Polşanın cənub-şərqində yerləşən Jeşuve şəhərindəki ticarət qalereyasında tavanın uçması nəticəsində 7 nəfər xəsarət alıb.

Hadisə Pilsudski küçəsində yerləşən mağazanın ikinci mərtəbəsində baş verib.

Dağıntı təqribən 40/50 metr sahəni əhatə edib.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Bütün ticarət mərkəzi təxliyyə edilib.

Hadisə yerinə axtarış-xilasetmə komandası cəlb olunub və dağıntılar altında heç kimin qalmadığı müəyyən edilib.

Bundan əvvəl Rusiyanın Kazan şəhərində yollarda kanalizasiya kollektorlarının təmizlənməsi ilə məşğul olan "Kamaz" markalı yük maşını yerin altına çöküb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31