Rusiyada sirk nümayişi zamanı dişi aslan azyaşlı qıza hücum edib

Rusiyada sirk nümayişi zamanı dişi aslan azyaşlı qıza hücum edib.

Hadisə Krasnodar diyarının Uspenskoye kəndində baş verib. Diyar üzrə istintaq idarəsinin mətbuat xidmətinin rəhbəri Natalya Trifanovanın sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb.

N.Trifanova deyib: "Müstəntiqlər azyaşlı qıza sirk nümayişi zamanı xəsarət yetirilməsinin səbəblərini araşdırır. Cinayət işi açılıb".

KİV-lərin məlumatına görə, azyaşlı qız üz yaraları və digər xəsarətlərlə yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31