Rusiyada daşqınlar nəticəsində xəsarət alanların sayı 138 nəfərə çatıb
28 Oktyabr 2018 14:26 DünyaRusiyanın Krasnodar diyarında baş verən daşqınlar nəticəsində xəsarət alanların sayı 2 dəfə artıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii hadisə zamanı yaralananların sayı 138 nəfərə çatıb.
Bundan əvvəl daşqınlar nəticəsində 60 nəfərin xəsarət aldığı bildirilirdi. Daha 6 nəfərin taleyindən xəbər yoxdur.
"144 nəfər xəsarət alıb, onlardan 6-ı ölüb" - deyə, agentliyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31