Məscid yandı - FHN məlumat yaydı
28 Oktyabr 2018 11:51 DünyaDünən axşam saatlarında Dağıstan Respublikasında məscid yanıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Rusiya FHN-nin yaydığı məlumata görə, hadisə Çarodin rayonunun Qoçob kəndində baş verib.
Alovun söndürülməsinə 12 nəfər yanğınsöndürən və 3 texnika cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
///Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31