Ermənistan Rusiyanı ABŞ-a dəyişir? - Paşinyan AÇIQLADI
27 Oktyabr 2018 19:05 Dünya"Əgər əlverişli təklif olarsa, müzakirə edərik".
Publika.az "news.am" saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana silah sata biləcəkləri barədə bəyanatını şərh edərkən deyib.
Xatırladaq ki, Bolton İrəvana səfər zamanı Ermənistana silah sata biləcəklərini, Amerika silahının Rusiya silahından daha yaxşı olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31