Fransa iranlı diplomatı ölkədən çıxarıb

Fransa Paris yaxınlığında keçirilən konfransda terror təşkili cəhdinə görə İran diplomatını ölkədən çıxarıb.

Məlumatı "Reuters" yayıb.

Bildirilib ki, iyunun 30-da keçirilən həmin konfransda, təxminən, 25 min nəfər iştirak edib.

Qeyd edək ki, Fransanın Daxili İşlər, Xarici İşlər və İqtisadiyyat nazirlikləri oktyabrın 2-də iki iranlı diplomatın - Əsədulla Əsədi və Səid Haşemi-Müqəddəmin bank hesablarının dondurulması barədə birgə bəyanatla çıxış ediblər. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31