Serj Sarqsyan kəndə köçür
26 Oktyabr 2018 18:22 DünyaErmənistanın eks-prezidenti və sabiq baş naziri Serj Sarqsyan noyabrda prezident iqamətgahını tərk edəcək və Kotaysk vilayətindəki Dzoraxpyur kəndində yaşayan qaynı Mixael Manisyanın evində yerləşəcək.
Bununla bağlı "Qraparak" nəşri məlumat yayıb.
Nəşr Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyana ölkənin üçüncü prezidentinin yaşayış yeri ilə təmin olması məsələsi ilə bağlı sual ünvanlayıb.
"Serj Sarqsyana 10 variant təklif edilib, biz başqa nə edə bilərdik?", - Yeqoyan bildirib.
Qeyd edilib ki, Saqrsyan hökumət kompleksini tərk etdikdən sonra burada Paşinyan və ölkənin milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31