Rumıniyaya yağan güclü qar bir sıra problemlər yaradıb

Rumıniyaya iki gündür yağan güclü qar bir sıra problemlər yaradıb. Ölkənin qərb bölgəsində yollar qarla örtülüb, nəqliyyatın hərəkəti çətinləşib. Bir sıra yaşayış məntəqələri elektrik enerjisiz qalıb.

Meteoroloqlar ölkənin bir sıra regionlarında "narıncı" təhlükə kodu elan ediblər. Sinoptiklər ölkədə qarın yağmasının davam edəcəyini, bəzi yerlərdə havanın temperaturunun -13 dərəcə olacağını bildiriblər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31