Fransa Prezidenti media azadlığını pozmaqda günahlandırılır
26 Oktyabr 2018 17:31 DünyaFransa Prezidenti Emanuel Makron Yelisey sarayının Mətbuat xidmətini köçürtmək qərarına görə tənqid olunub.
Mətbuat otağını ilin sonunadək başqa binaya köçürtmək barədə xəbər yayılanda Fransa Prezidenti yanında Mətbuat Assosiasiyası jurnalistlərin meydançasını bağlamaq barədə birtərəfli qərarına görə dövlət başçısını sərt tənqid etməyə başlayıb. Təşkilatdan bu addımın mətbuat azadlığına xələl gətirdiyi bildirilib.
Fransa prezidentləri sarayında akkreditasiya olunmuş ölkə və xarici KİV-i təmsil edən Assosiasiya Yelisey sarayında jurnalistlərin hökuməti niyə bu qədər narahat etməsindən təəccübləndiyini ifadə edərək dövlət başçısını şəffaflıq ənənələrini pozmaqda, Yelisey sarayının sahibi kimi davranmaqda ittiham edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31