BMW Portuqaliyadan 25 min avtomobilini geri çağırıb
26 Oktyabr 2018 17:11 DünyaAlmaniyanın BMW konserni 2010-cu ilin avqust ayından 2017-ci ilə qədər istehsal olunan dizel nəqliyyat vasitələrində işlənmiş qazların ötürmə sistemindəki nasazlıq səbəbindən Portuqaliyadan 25 min avtomobilini geri çağırıb.
BMW ümumilikdə dünya üzrə 1,6 milyon avtomobili yoxlanılma üçün geri çağırır.
Şirkətin rəsmi nümayəndəsi əlavə edib ki, "bu proses müştərilərdən heç bir əlavə xərc tələb etməyəcək" və "müvafiq hissənin qüsurunun aradan qaldırılması və dəyişdirilməsinə ehtiyac olduğunun müəyyən edilməsi üçün bir saatdan üç saata qədər vaxt tələb olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31