Yunanıstan XİN-in işçiləri təxliyyə edilib

Yunanıstan Xarici İşlər Nazirliyinə (XİN) şübhəli bağlamanın gətirilməsi səbəbindən binadakılar təxliyyə edilib. 

Məlumatı "Hürriyet" yayıb.

Bildirilib ki, şübhəli bağlama poçt vasitəsi ilə göndərilib. Bu səbəbdən XİN binasında işləyən 70 əməkdaşı təxliyyə edilib. Polis binada axtarış aparır.

Xarici İşlər Nazirliyi ilə Yunanıstan parlamentinin binaları üzbəüz yerləşir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31