İtaliyada həyat iflic oldu - Nəqliyyat, təhsil və səhiyyədə TƏTİL
26 Oktyabr 2018 16:44 Dünyaİtaliyada nəqliyyat, təhsil və səhiyyə sektorlarında həmkarlar ittifaqlarının tətili keçirilir.
Tətilin fəsadları özünü əsasən Milanda göstərir.
Şəhər ərazisində nəqliyyatın hərəkəti iflic olub. Bundan başqa, paytaxt Romada xətt avtobuslarının sayı azalıb.
Tətil həmçinin Genuya, Bolonya, Neapol, Palermi və digər şəhərlərdə davam edir.
Tətil edənlər iş şərtlərinin yaxşılaşdırılmasını və əmək haqlarının artırılmasını tələb edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31