Bu türk dövlətində un kəsiri bitmək bilmir

Türkmənistanın bir sıra vilayətlərində yenidən un defisiti yaşanmağa başlayıb.

Bu məlumatı "Azadlıq" radiosu yayıb. Radio yerli mağazalarda demək olar ki, yerli istehsal olan unun tapılmadığını bildirib.

Defisit ən çox Daşoğuz və Lebap vilayətlərində yaşanıb. Daşoğuza daxil olan Türkmənabad şəhərindəki dövlət mağazasının qarşısında böyük növbələr yaranıb. İnsanların dükanlarda un defisitinə rəğmən hələ də buradan un və çörək almaq istədikləri vurğulanıb.

Üstəlik hazırda ölkədəki mağazalarda unun dəyərinin dövlətin təyin etdiyi qiymətdən 10 dəfə çox olduğu açıqlanıb:

"Yerli un heç bir mağazada yoxdur. Rusiya istehsalı olan unun 1 kiloqramının dəyəri 20 manatdır".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31