Türkiyə MN 3 ildə 14 mindən çox terrorçunu məhv edib
26 Oktyabr 2018 14:52 DünyaSon 3 ildə Türkiyə ərazisində və ölkə hüdudlarından kənarda aparılan əməliyyatlar çərçivəsində İŞİD və PKK-nın 14.694 min üzvü məhv edilib.
Bunu Türkiyə Milli müdafiə naziri Hulusu Akar deyib.
H.Akarın sözlərinə görə, Türkiyə daha öncə olduğu kimi bundan sonra da terrorçularla amansız mübarizəni davam etdirəcək.
Qeyd edək ki, göstəricilər 24 iyul 2015-ci il tarixindən 24 oktyabr 2018-ci ilə qədər olan dövrü əhatə edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31