Keçmiş dövlət katibi Trampa səsləndi: "Təhlükəli addım"
26 Oktyabr 2018 14:26 DünyaABŞ Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxmamalıdır.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın keçmiş dövlət katibi Corc Şults deyib. Onun sözlərinə görə, bu razılaşmanı genişləndirib, buraya yeni ölkələri daxil etmək lazımdır:
"Biz yeni ölkələri bu razılaşmaya qoşulmağa səsləməliyik. Razılaşmanın saxlanılması üçün ilkin addım Rusiya-Amerika ekspertlərinin görüşü olmalıdır. Hazırda yeni böyük nüvə silahı arsenalının yaradılması zamanı deyil. Hazırda dünyanı bu təhdiddən xilas vaxtıdır. Razılaşmadan çıxmaq geriyə doğru böyük addım olacaq".
Qeyd edək ki, Şults 1982-1989-cu illərdə ABŞ-ın dövlət katibi olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31