İrəvan ABŞ-dan əlini üzdü: Boltona daşnak cavabı
26 Oktyabr 2018 13:26 DünyaErmənistanın Rusiya ilə strateji əlaqələrinin alternativi yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının lideri Armen Rüstəmyan deyib.
"Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətini anlamamaq ölkə və hakimiyyət üçün çox təhlükəlidir. Bizim üçün bəzi məsələlərdə Rusiya əvəzedilməzdir. Rusiyanın Ermənistanda rolu zəifləməyib və bunu Con Bolton çox yaxşı bilir", - deyə o bildirib.
Onun sözlərinə görə, Qarabağın həlli məsələsində "bütün vasitələrdən istifadə" anlayışından imtina etmək lazımdır:
"Bizim hökumətə qarşı təzyiqlər müxtəlif istiqamətlərdə ola bilər. Bu məsələdə istənilən güzəşt, bizim maraqlarımızın əleyhinə olan qərar hakimiyyət üçün səhv olacaq".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31