Türkiyədə toylarda havaya atəş açmaq rəsmən qadağan edildi
26 Oktyabr 2018 13:22 DünyaTürkiyədə toylarda şadlıq və sevinc əlaməti olaraq havaya atəş açılmasına rəsmən qadağa qoyulur.
Bu gündən etibarən Türkiyə Daxili İşlər Nazirliyi (DİN) 81 vilayətin vali və muxtarlarından toy zamanı havaya atəş açanlar haqqında yazılı olaraq polisə məlumat vermələrini xahiş edib.
Qeyd olunur ki, məclis başlamazdan əvvəl toy sahiblərindən mərasimdə silahdan istifadə edilməyəcəyi barədə yazılı iltizam alınacaq.
Bu qərar son zamanlar toylarda silahdan istifadə zamanı artan yaralanma və ölüm hallarının qarşısını almaq məqsədilə tətbiq olunur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31