Poroşenko keçmiş prezidentləri bir araya topladı - Təltif

Ukraynanın dövlət başçısı Pyotr Poroşenko sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ilə ölkənin inkişaf perspektivlərini müzakirə edib.

P.Poroşenko hər üç prezidentin müxtəlif illərdə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirib.

Müzakirələrdən sonra P.Poroşenko sabiq prezidentləri "Ukraynanın 25 illik müstəqilliyi" yubiley medalı ilə təltif edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31