Türkiyəni sanksiyalar gözləyir - ABŞ
26 Oktyabr 2018 12:29 DünyaAnkaranın Rusiyadan S-400 kompleksləri alması onun CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalmasıyla nəticələnəcək.
Bunu TASS agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib. Onun sözlərinə görə, Türkiyənin bu addımı ölkələr arasında müdafiə sferasındakı ticarətə təsir edə bilər.
O, ABŞ-ın xeyli öncə Türkiyəyə bu ticarətdən narazı olmasıyla bağlı xəbərdarlıq etdiyini bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31