BVF-nin eks-rəhbəri həbsxanaya göndərildi – 4,5 illik
26 Oktyabr 2018 12:25 DünyaBeynəlxalq Valyuta Fondunun keçmiş direktoru Rodriqo Rato haqqında İspaniya məhkəməsi həbs qərarı verib.
O, 4,5 il həbs cəzasına məhkum edilib. Keçmiş BVF rəhbərinin öz cəzasını Madrid yaxınlığındakı Soto el Real həbsxanasında çəkəcəyi açıqlanıb.
Qeyd edək ki, Rato 2004-2007-ci illərdə BVF-yə rəhbərlik edib. O, bu müddət ərzində İspaniya maliyyə naziri və "Caja Madrid" bankının rəhbəri vəzifəsini də tutub. Rato İspaniyanın 65 məmuru ilə birlikdə maliyyə fırıldaqçılığında ittiham edilib. Belə ki, onlar bankın "qara kart"larından istifadə etməklə öz gəlirlərini vergi xidmətindən gizlədə biliblər. Sonra "Caja Madrid" İspaniya hökuməti tərəfindən milliləşdirilib.
İspaniya hökuməti bankın bankrot olmaması üçün 22,5 milyard avro xərcləyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31