Seçki yarışı: Saakaşvilinin namizədi liderlik edir - Sorğu
26 Oktyabr 2018 12:17 DünyaGürcüstanda prezident seçkisindən öncə keçirilən sorğunun nəticələri yayımlanıb.
Sorğunu ABŞ-ın "Edison Risöç" şirkəti həyata keçirib. Sorğuya əsasən, seçkinin birinci turunda gürcülərin 31%-i Qriqol Vaşadzeyə səs verəcəyini bildirib. Ondan sonrakı yerdə müstəqil namizəd olan və hökumətin dəstəklədiyi Salome Zurabişvili (28%) qərarlaşıb. Növbəti yerləri Avropa Gürcüstanı Partiyasından David Bakradze (14%), Leyborist Partiyasından Şalva Natelaşvili (5%) tutub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31