Dünyaca məşhur müğənni islamı qəbul etdi
Məşhur irlandiyalı müğənni Sinad O Konnor müsəlman olduğunu açıqlayıb.
26 Oktyabr 2018 11:48 DünyaMəşhur irlandiyalı müğənni Sinad O Konnor müsəlman olduğunu açıqlayıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Konnor bu barədə açıqlamanı sosial şəbəkə hesabında yayımlayıb. Onun bu seçimi bəzi izləyicilər tərəfindən yaxşı qəbul olunmayıb.
51 yaşlı ifaçı katolik xristianlığı tərk etdiyini və müsəlman olduğunu bu sözlərlə bildirib:
"Bütün müqəddəs yazılar bizi İslama aparır. İslam hər şeyi bütün müqəddəs kitablardan daha ətraflı izah edir".
Qeyd edək ki, Sinad O Konnor adını dəyişərək Şühəda Davitt qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31