“The Wall Street Journal”: Hərbi xərclər ABŞ-ın iqtisadi artımını sürətləndirib

Son il yarım ərzində ABŞ-da iqtisadi artımı dövlət büdcəsi xərclərinin, xüsusilə də müdafiə xərclərinin artırılması stimullaşdırıb. 

Bu barədə "The Wall Street Journal" nəşri yazıb. 

Məlumatda deyilir ki, ötən ilin aprel ayından ABŞ iqtisadiyyatı 2,9%böyüyüb. Ölkənin Ticarət Nazirliyinin müşahidələrinə əsasən, iqtisadi artımı təşviq edən amillər arasında həmçinin özəl invesitisiyaların, istehlak xərclərinin  və ixrac artması da yer alıb. Hərbi xərclər isə ABŞ-ın ümumi iqtisadi artımını orta hesabla 0,21 faiz bəndi artırıb. 

Respublikaçılar və Demokratlar arasında əldə edilmiş konsensusa əsasən, 2017-2018-ci il maliyyə ilində ABŞ-da müfadiə xərcləri 6% artırılıb. Konqresmenlər hərbi büdcənin cari və növbəti ildə rekord məbləğdə - 300mlrd. ABŞ dolları artırılmasını təsdiqləyiblər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31