Rusiyalı ekspert: "Neft bazarındakı dəyişkənlik jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlıdır"

"Neft bazarındakı dəyişkənlik Səudiyyə Ərəbistanının ölkənin İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı faciənin əks-sədasının tezliklə minimallaşdırılmasında maraqlı olması ilə bağlıdır".

Bu barədə rusiyalı ekspert, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində Səudiyyə Ərəbistanı bazara əlavə neft tədarükü təklif edir və neftin qiymətinin azaldılması məsələsində Səudiyyə Ərəbistanının əsas müttəfiqi ABŞ-dır.

"Səudiyyə Ərəbistanının əsas tərəfdaşı və müttəfiqi cənab Trampın simasında ABŞ-dır. Onlar ABŞ-da bu il noyabrın 6-da Konqresə keçiriləcək aralıq seçkilərinə qədər neftin qiymətinin azalmasında maraqlıdırlar. Çünki belə olanda ev təsərrüfatı xərcləri - isitmə sistemi, elektrik enerjisi və ümumilikdə, yanacaq qiymətləri də azalacaq. Burada onlar birgə hərəkət edirlər", - N.Kriçevski deyib.

Nikita Krichevsky

Rusiyalı ekspert, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski

Səudiyyə Ərəbistanının əsas tərəfdaşı və müttəfiqi cənab Trampın simasında ABŞ-dır. Onlar ABŞ-da bu il noyabrın 6-da Konqresə keçiriləcək aralıq seçkilərinə qədər neftin qiymətinin azalmasında maraqlıdırlar

Professor vurğulayıb ki, yuxarıda qeyd olunan səbəblərdən başqa, indi dünya bazarlarında ümumi narahatlıq var və neft isə xammaldan çox, dünya arenasındakı müxtəlif vəziyyətlərdən asılı olan fond məhsuludur.

Qeyd edək ki, "Brent" markalı neftin dekabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,83% azalaraq 76,25 dollar/barelə düşüb.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə Nyu-York birjasında 1,08% azalaraq 66,60 dollar/barelə enib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31